Plazmaferez immun sisteminin yaratdığı zərərli anticisimlərin, iltihab faktorlarının və digər patoloji maddələrin qandan xaric edilməsinə kömək edən müasir müalicə üsuludur. Bu prosedur İcbari Tibbi Sığorta çərçivəsində müəyyən tibbi göstərişlər olduqda tətbiq oluna bilər.
🧠 Nevroloji xəstəliklər
🦋 Autoimmun və revmatoloji xəstəliklər
🩸 Qan xəstəlikləri
🩺 Böyrək xəstəlikləri
🫀 Metabolik xəstəliklər
🩹 Dəri xəstəlikləri
🫁 Transplantasiya
Plazmaferez hər xəstə üçün rutin şəkildə tətbiq edilmir. Prosedurun icrası yalnız həkim göstərişi, klinik vəziyyət və tibbi göstərişlər əsasında müəyyən edilir. İcbari Tibbi Sığorta çərçivəsində xidmətin göstərilməsi təsdiq olunmuş klinik protokollara uyğun həyata keçirilir.
Böyrək çatışmazlığı böyrəklərin tullantı materiallarını və artıq mayeni bədəndən süzmək vəzifəsini lazımi səviyyədə yerinə yetirə bilmədiyi ciddi bir sağlamlıq problemidir. Böyrəklər bədəndən toksinlərin çıxarılmasına, qan təzyiqinin tənzimlənməsinə və maye-elektrolit balansının qorunmasına cavabdehdir. Ancaq böyrək funksiyalarının pozulması bu proseslərə mənfi təsir göstərir və ciddi sağlamlıq problemlərinə səbəb olur.
Tibbi termini hepatomeqaliya olan qaraciyər böyüməsi qaraciyərə təsir edən hepatit və serroz, anadangəlmə ürək xəstəliyi və metabolik pozğunluqlar nəticəsində qaraciyərin böyüməsi və normal ölçüsünü aşmasıdır. Qaraciyərin böyüməsi səbəbiylə meydana gələ biləcək əlamətlər yorğunluq hissi, qarnın sağ tərəfində epigastralda olan ağrılar, ürəkbulanma, iştahasızlıq, sarılıq, sidik rənginin tünd olması, solğun nəcis, qaşınma, əzələ ağrıları və qaraciyər və dalağın böyüməsidir.

EÇS (Erythrocyte Sedimentation Rate), yəni Eritrositlərin Çökmə Sürəti qırmızı qan hüceyrələrinin (eritrositlərin) bir saat ərzində nə qədər tez çökməsini ölçən qan testidir. Bədəndə iltihab olduqda bu hüceyrələr daha tez dağılır. EÇS testi infeksiyalar, iltihablı xəstəliklər və ya immun sistem pozğunluqları kimi şərtləri müəyyən etməyə kömək edir. 
Uşaqlıq fiziki, əqli və emosional inkişafın sürətlə inkişaf etdiyi bir dövrdür. Bu proses zamanı ortaya çıxan nevroloji problemlər uşağın həyat keyfiyyətinə ciddi təsir göstərir. Sinir sistemi ilə əlaqəli xəstəliklər və pozğunluqlar beyin, onurğa beyni və sinirlərə müxtəlif təsir göstərir. Nevroloji problemlər doğuşdan yaranır və ya daha sonra ətraf mühit faktorları və ya genetik meyllər səbəbindən inkişaf edir.

Müayinə üçün həkimə ehtiyacınız var?